Şah Təhmasibin xamının Hürrəm Sultana möhtəşəm cavabı: "Bizim ərlərimiz arvad sözünə baxmır."
25-09-2023, 10:38
1551-ci ildə məşhur Ahlat savaşında Osmanlı ordusunu ağır itkilərə məruz qalır. Bu savaşdan sonra Sultan Süleymanın sevimli həyat yoldaşı, Osmanlı sarayını altını-üstünə çevirən Xürrəm Sultan Təhmasibin həyat yoldaşına məktubunda yazır ki, “ərinizə deyin ki, bu savaşları dayandıraq və sülh olsun”. Təhmasibin həyat yoldaşı türk qızı idi. Bu qayda idi. Vəliəhdin anası mütləq türk qızı olmalıdır. O, Dağıstan türklərindən, kumıklardan idi. Amma o zaman belə bir bölgü yox idi. Bu türk qızının Xürrəm Sultana cavabı çox orijinaldır: “Bizim ərlərimiz arvad sözünə baxmır. Yaxşı olardı ki, bu məktubu onun bacısına yönəldəsiniz”. Məktub Təhmasibin bacısına yönəldiləndən sonra 1555-ci ildə məşhur Amasya müqaviləsi imzalanır." Zöhrə Məmmədova Teref.az