Bu gün ümumbəşər türk şairi Şeyx Nizaminin doğum günüdür...
26-09-2023, 16:14
Doğum günü.
Əlişir Nəvai: "Nizaminin sənəti o qədər əzəmətli və çəkilidir ki, onu ölçmək üçün göylər qədər böyük tərəzi, Yer kürəsi kimi iri ölçü vahidi lazımdır".
O Nizaminin ki, kəllə sümükləri bu günə qədər Rusiya tərəfindən qaytarılmır...
Ermənilər və Nizami.
Bundan başqa deməliyəm ki, hazırda Nizami Gəncəvinin Azərbaycan türkcəsində olan əlyazmaları Ermənistanda Matenadaran qədim əlyazmalar muzeyində gizli arxivdə saxlanılır. Matenadaranda isə qarışıqlıqdan istifadə edən ermənilər Nizami Gəncəvinin Azərbaycan türkcəsində olan əlyazmalarını, kitablarını və o zaman bu muzeydə tapılan və saxlanılan qədim sənədləri üzə çıxarmaqdan imtina edirlər.
Onlar hətda "Xosrov və Şirin" poemasındakı Şirin obrazını da erməni olaraq dünyaya təqdim edirlər. Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərindəki Şirinin erməni və Ermənistan hökmdarı kimi təqdim edilməsi də tarixi həqiqətin təhrifidir.Şirinin milliyətcə kim olması sualının cavabını isə təbii ki, Şirinin özündən yaxşı heç kim verə bilməz. "Xosrov və Şirin" məsnəvisinin "Şirinin cavabı" adlı fəslində Şirin belə deyir: "Mən qara gözlü türkəm".
Lakin ermənilər bu məsələdə yanlışlıqlara yol verirlər Çünki əslində poemada haqqında bəhs edilən Ərmən və ya Ərmənzəmin Armenia deyil. Ərmən orta əsrlər Azərbaycanında kiçik bir əyalət olmuşdur ki, paytaxtı Bərdə idi.
Azərbaycan tərəfinin dəfələrlə təkidli xahişlərinə baxmayaraq, Ermənistandakı sənədlər Azərbaycan alimlərinə və tədqiqatçılarına bu gün də göstərilmir və onlar bu günə qədər də Matenadaranda məhbəs həyatı yaşamaqdadır. İndiki zamanda adamlar istəyirəm ki, gedib orada araşdırmalar aparsınlar.
Bu bizik?!
Bir çox mütəxəssislərin və araşdırmaçıların fikrincə bu gün ümumbəşər türk şairi Şeyx Nizaminin doğum günüdür...
Adamlıq gözləməz bir kimsə rusdan
Ki bənzər insana yalnız baxışdan.
deyirdi Nizaminin sözlərində bu günümüzlə səsləşən həqiqi məqamlar var.
Bu bir yana qalsın. Nizami sanki bu günkü mövcud türk respublikalarını öncədən görürmüş kimi o vaxt yazmışdı:
Türklərin çün yüksəldi dövlətləri,
Ədalətlə bəzəndi bütün elləri.
Madam ki, sən zülmə qulluq edirsən,
Türk deyil, qarətgar bir hindusan!
"Mən iqdişəm, yarım sirkədir, yarım bal".
Yəqin statusda "Bəs, şəkildəki bu məzar kimindir?" deyə soruşacaqsız
Desəm, inanmayacaqsız! - Nizami Gəncəvinin! Bunun yerini isə Salman Mümtaz, Mirabbas Mirbağırzadə tapmışdı.! 1932-ci ildə Xalq Maarif Komissarlığının Baş Elm İdarəsi bu başdaşı və sinədaşını qoydurmuşdu. Nizaminin indiki məqbərəsi isə sonralar bunun üzərində ucaldıldı”.
O, yazdığı "Şərəfnamə"də sanki özünü düşünüb yazmışdı :
Bu yerdə mənim tək yatanlar çoxdur,
Onları xatirə salan ki, yoxdur.
Təzə kəklik, yad et məni ürəkdən
Məzarım yanından ötüb keçərkən,
Görərsən üstümdə göyərmiş otlar,
Baş daşım uçulmuş, çökmüşdür məzar.
Qəbrimin tozunu sovurmuş yellər,
Dostlardan anan yox, məni bir nəfər.
Heç mən də bilmirəm .bu gün onu anacaq insanlarımız olacaqmı?!
Nizami Gəncəvi təbii ki, istiqlalımızın banisi sayılan M.Ə.Rəsulzadənin də diqqətindən yan keçməmişdir və şairin xüsusən "Leyli və Məcnun" poemasını klassik şərq poeziyasının öz bədii-estetik prinsiplərindən çıxış etməsi kimi dəyərləndirməklə buradakı təcəssüm olunmuş eşq konsepsiyasını birbaşa təsəvvüfi-irfani görüşlərlə əlaqələndirmişdir. O yazır ki, Nizaminin təsvir etdiyi Məcnun özünü idealına tamamilə vəqf etmiş səmimi və fədakar idealist simvoludur. Aşiq – mömin ya mücahidin, məşuq – Allah və ya idealın timsalıdır. Qeys ələladə (sıradan, adi) insanların hərəkətlərinə ağıl erdirmədiklərindən məcnun dedikləri, özündən keçən bir mömin, bir mücahiddir. Fəna fillahın və ya ideal vurğunluğun timsalıdır… Məhviyyat və fədakarlığın dəlicə bir ifadəsi olan bu kimi rəmzli hallar Məcnun tərəfindən türlü şəkillərdə göstərilmişdir. Məsələn: bir kağıza Leyli ilə Məcnun rəsmlərinin bərabər cızıldığını görüncə, Məcnun həmən Leylini silir. Səbəbini sorurlar. Biz iki deyilik, birik, deyir. O halda nədən özünü deyil də onu silirsən?... Çünki o – ruhdur, mən – qəlib, ruh qəlibdə örtülü olur (3, s. 179)."
Sözardı: Məlumdur ki, o, əsərlərini fars dilində yazıb. Türk dilində yazmamasını isə "Leyli və Məcnun", əsərində özünə qüsur tutub, və "Yeddi gözəl"də bu məsələyə toxunub:
Dilçə şerimizdə olsa da kəsir,
Mənaca böyükdür ondakı təsir.
Nizami bir ümmandır, sonsuzdur. Hətda düşünürəm ki, Yer kürəsinə gləcək başqa planetin nümayəndələri də Nizaminin adı gələndə ondan çox şey öyrənəcəklər !
Ruhu qarşısnda təzimlə Baba Allahnəzərov
Teref.az