Qucaratın azərbaycanlı hakiminin səyyahla öz doğma dilində danışması

13-10-2023, 15:47           
Qucaratın azərbaycanlı hakiminin səyyahla öz doğma dilində danışması
Alman səyyahı A.Mandelslonun Qucaratın (Hindistan) azərbaycanlı hakimi ilə görüşü:
"1638-ci ildə alman səyyahı Albert de Mandelslo da Suratı ziyarət edir, oradan isə Qucarat vilayətinin paytaxtı Əhmədabada yollanır və orada bu vilayətin Azərbaycanın Şirvan bölgəsindən olan hakimi ilə görüşür.
Hakim, şübhəsiz, türk dilini bilirdi və onunla uzun çəkən söhbəti baş tutdu. Mandelslonun rəvayətinə görə, bu ilk görüşdə onu müşayiət edən britaniyalı centilmen, tərcüməçi qismində çıxış etdi. Söhbət zamanı Mandelslonun bir qədər türkcə bildiyi üzə çıxdı və onlar vidalaşanda hakim onlarla bu dildə 'Seni daha görim' (Yenidən görüşərik) sözləri ilə sağollaşdı.
Onların növbəti görüşü iki gün sonra baş tutdu. Mətnə görə, bu dəfə Mandelsloya tərcüməçi kömək etmirdi və söhbət türk dilində gedirdi".
Mənbə: Benedek Péri, "Turkish Language and Literature in Medieval and Early Modern India" // "Turks in the Indian Subcontinent, Central and West Asia: Edited by Ismail K.Poonawala, səh.241-242.
Ramil Əkbərov
Milli Kimlik
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.