LAYİQ OLDUĞU QİYMƏTİ İNDİYƏCƏN ALMAYAN ƏDƏBİ SİMALAR: MƏMMƏD ARAZ - 90
14-10-2023, 19:50
Professor Cemil Hasanli yazır:
Bu gün böyük şair, öz yaradıcılığı ilə milli kimliyin, milli ideyanın formalaşmasına təkan vermiş, Azərbaycan gəncliyinin vətənçilik ruhunu titrətmiş Məmməd Arazın doğum günüdür. Sadə, sıradan doğum günü deyil 90 illiyidir. 70-cı illərin tələbəlik illərini xatırlayırım. O, biz tarixçi tələbələrə daha yaxın idi. Onun tarixi mövzuda yazdığı şeirlər bizim tarixçi tələbələrin ruhunu oxşayırdı. Bunun ən gözəl və yaddaqalan nümunəsi “Məndən ötdü, qardaşıma dəydi...” şeiri idi. Bu şeir 1967-ci ildə yazılsa da, 70-ci illərin tələbələri arasında çox yayılmışdı. Demək olar ki, yataqxanada hamı bu şeiri əzbər bilirdi və onu xüsusi şövq ilə deyirdilər.
Biz Universitetə qəbul olunan il (1970-ci il) Məmməd Arazın “Vətən mənə oğul desə, nə dərdim” şeri yenicə dərc edilmişdi. Və bizim hələ ideya axtarışında olan gənclərimiz məhz bu şeirin işığında mamır olub vətənin qayalarında bitmək istəyirdilər. Sözün doğrusu, o biri fakültələri bilmirəm, amma bizim tarix fakültəsinin tələbələri Məmməd Arazın şeirləri ilə nəfəs alırdılar. O, Xəlil Rza ilə birlikdə şeir gecələrinə gəlirdi.
Arxivə baxıram. Yazıçılar İttifaqı "Azərbaycan" juranalında qlavlitin icazər vermədiyi bir əsər haqqında Mərkəzi Komitəyə yazırdı:
“Məmməd İbrahimin “Araz axır” adlı poeması 1961-ci il yanvarın 3-də redaksiyaya təqdim edilmişdir. Bu ilin avqust ayına qədər yuxarı təşkilatların göstərişlərini nəzərə alaraq Cənub mövzusunda yazılmış əsərləri çap edə bilmirdik. Bu əsər də Cənub mövzusunda olduğuna görə müəllifə qaytardıq…" Onun redaksiyalardan özünə qaytarılan əsərləri çox idi. 1969-cu ildə onun yardıcılıq gecəsi keçirildi. Xəlil Rza ilə ona həmin gecəyə görə AYİ-da məhkəmə qurdular.
"Ədəbiyyat və İncəsənət" qəzetində 1972-ci ildə Nəriman Nərimanovun 100 illiyi ilə bağlı qəzetin xüsusi buraxılışındakı “millətçi” məqamlara görə onu işdən çıxardılar. Məsələsi Yazıçılar İttifaqında müzakirə ediləndə 1971-ci ilin oktyabr plenumunda kəskin tənqid edilmiş Sabir Əhmədov onu müdafiə etdi. İki il işsiz qalandan sonra Məmməd Arazı 1974-cü ildə “Azərbaycan təbiəti” jurnalına göndərdilər. Amma o iki il çox ağır keşdi. Rayonlara gedib "Bilik" Cəmiyyəti xətti ilə mühazirələr oxuyurdu ki, ailəsini dolandıra bilsin. Bütn Sovet dövründə DTK onun yaradıcılığını sətirbə-sətir izləyirdi. KGB-nin tör-töküntüləri İndi də 90 illik yubileyini keçirmirlər...
Çingiz Sultansoy
Teref.az