Qafqaz Albaniyası tarixinə aid məşhur əsərdə, gizli qalmış türk sözləri: İlk dəfə!!

12-12-2023, 11:15           
Qafqaz Albaniyası tarixinə aid məşhur əsərdə, gizli qalmış türk sözləri: İlk dəfə!!
- Kitabın orijinalı nə dildə idiki tərcümə edə bilmirdilər?
Moisey Kalankatlının "Albaniya tarixi" əsərində, Patkanovun tərcümə edə bilmədiyi xeyli sayda türk mənşəli sözlər mövcuddur. Əlbətdə mümkün skeptisizmi nəzərə alaraq qeyd edim ki, bununla bağlı araşdırma dilçi, tarixçi, udin əsilli V.Qukasyana aiddir.
Bildiyiniz kimi, “Albanların tarixi” əsəri, bizim tarixə aid və qədim ermənicə gəlib çatmş (orijinalı yoxdur), VII əsrin hələki yeganə yazılı mənbəsidir.
Kitab 1858-ci ildə rus dilinə tərcümə edilərkən (1289-cu il əlyazması əsasında, 1841-ci ildə erməni arximandriti İ.Şaxatunyan tərəfindən Rusiya EA üçün yenidən yazılmışdır) tərcüməçi K.Patkanyan böyük çətinliklərlə üzləşir.
Səbəb isə, kitabda erməni dilində çoxlu naməlum və izahı mümkünsüz sözlər, ifadələr və cümlələrin olmlası idi. Bu kifayət qədər təcrübəli erməni qrabarçı, 2-ci kitabın bütün 33-cü fəslini dəqiq tərcümə etməkdə çətinlik çəkdi.
Qrabarist üçün bu naməlum və anlaşılmaz sözlər arasında bir sıra udi (alban) və azərbaycanca sözlər var.
Həmin əsərdə izahı olmayan sözlərdən biri də çopay/çopayçı (çöpçi) sözüdür.
Müəllif yazır ki, VII əsrin 80-ci illərində, “Yüksək taxt-taclı şahzadə Alp İlitver... Alban çarı Varaz Trdatdan xristianlığı yaymaq üçün yepiskop İsraili onların yanına göndərməsini xahiş etdi. İsrail Xəzərə səfər edir, lakin yerli dinlərin ruhanilərinin güclü müqaviməti ilə qarşılaşır. Uzun sürən dini mübahisələrdən sonra məqsədinə çatır və Alp İlitverdən mömin kahinlərin əli ilə "çöpçi" adlanan məzarları yandırmağı xahiş edir.
K. Patkanyan bu sözü “çar” kimi tərcümə edir və məlum olur ki, xəzərlər şah məzarlarını yandırıblar. Bu, təbii ki, mümkün deyil, çünki Alp İlitver öz əcdadlarının məzarlarını yandırmağa razılıq verə bilməzdi. Görünür, tərcüməçi də bu qənaətə gəlib və haşiyədə bu sözün "naməlum" olduğunu göstərib.
Bu əsərin rusca tərcüməsinin edildiyi erməni orijinalında və bu əsərin Van əlyazmasında onun başqa bir variantı da var - "çopayçi".
Ç.Dovset ingiliscə nəşrə verdiyi şərhdə yazır ki, türkcə sözlərlə, o cümlədən "çopayçi" ilə bağlı məsləhət almaq üçün L.Bazenə müraciət edib və o, ona cavab verib ki, bu türkcə olan sözün əsas hissəsi "çöp" sözüdür. Codex Cumanicus-da da məlumdur.
Çopayçidəki -ay şəkilçisinə gəlincə, bu, erməni dilindəki 3-cü şəklin cins halının formantıdır. Göründüyü kimi, katiblər (yaxud tərcüməçilər) onun mənasını başa düşməmişlər, ona görə də dil qanuna uyğun olaraq ona -ay əlavə etmişlər.
Türk dillərində çöpçi // çöpçü çoxmənalı sözdür; bəzilərində “süpürən, zibil quyularını təmizləyən” mənasında işlənir. Onun Azərbaycan dilində əsas mənası “uşaqların boğazına yapışmış yad cisimlərdən azad edən şəfalı qadın” deməkdir.
M.Kalankatlının yazdığına əsasən, 7-ci əsrdə Xəzər çöpçüləri bütpərəstlərin xüsusi təriqətlərinə mənsub idilər və onların məzarlarına ehtiram göstərilirdi. Buna görə də xəzərlər arasında bütpərəstliyi və digər xristianlıqdan əvvəlki inancları aradan qaldırmaq üçün İsrail onların məzarlarını yandırmağa qərar vermişdi.
Yeri gəlmişkən, "Albaniya tarixi" kitabında türk mənşəli sözlərlə bağlı mövzuya, verlişlərin birində, tarixçi Kərəm Məmmədli də toxunmuşdu. O, sonda belə bir ritorik sual verdi: Beləliklə, görəsən bu kitabın orijinalı hansı dildə idi?
Ardı var..
Milli Kimlik
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.