Pavlikianlar II HİSSƏ

13-12-2023, 11:14           
Pavlikianlar    II HİSSƏ
Keçən dəfəki yazımızda pavlikianların ortodoks xristianlar, xüsusilə Bizans tərəfindən təqib və qətliama məruz qaldıqlarını, sağ qalanların isə Ərəb Xilafətinin nəzarətində olan ərazilərə pənah gətirdiyini qeyd etmişdik. Abbasi xəlifələri müsəlman inancları ilə yaxınlığı səbəbindən nəzarət etdikləri xristian coğrafiyasında pavlikianların rahat hərəkət etməsinə şərait yaratmışdı. Eyni siyasəti Sacilərin də izlədiyi aydın olur.
XI əsrdə Səlcuq oğuzlarının Arran və Anadoluya köçünün səbəblərindən biri də Bizansın siyasi-dini siyasətindən əziyyət çəkən fərqli xristian camaatlarının dəvəti olmuşdu. Nəticədə Səlcuq oğuzları Bizans torpaqlarında yaşayan xristianların hamisi kimi Anadolunu fəth etməyə başladılar. Çünki Bizans imperatoru Ystinian dövründə (527 - 565) Bizans "tək dövlət, tək qanun və tək kilsə" siyasətini həyata keçirmək istədi. Bu tarixdən etibarən Bizans ortodoks məzhəbinə bağlı olmayan xristianlara əziyyət edib, təzyiq göstərməyə başladı. Aparılan bu siyasət Şərqi Anadoluda və Arranda məskunlaşan xristianları Bizansın düşməninə çevirdi. Bizansın təzyiqləri qarşısında ortodoks olmayan Anadolu xristianları səlcuq oğuzlarının ortaya çıxmasını sevinclə qarşıladılar. Bunun nəticəsi kimi səlcuq oğuzlarının hücumları ortodoks-yunan rejiminə qarşı istiqamətlənərək süryani, nəsturi, yəqubi və digər xristian məzhəbli xalqların dəstəyini qazandı. Onlardan biri də pavlikianlar idi.
Qeyd olunan müxtəlif xristian camaatlar müasir tarixçilikdə ümumi bir adla (erməni) damğalandığından onlar arasındakı fərqlər və problemləri açıqlamaqdan yan keçir. Pavlikianlığı sovet tarixçiliyi xilafətə qarşı çevirib ona xalq hərəkatı ismini yapşdırmaqla, məqsədləri erməni-qreqoryanlığın gerçək üzünü və rus-ortodoksluğunun apardığı siyasəti gizlətmək idi. Təssüflər olsun ki bizim tarixçilərdə məsələni araşdırmadan rus tarixindəki açıqlamları əsas aldılar.
Mövzunun ən mühüm tərəfi isə erməni-qriqoryanlığı məsələsidir. Anadoludan İrəvan xanlığı ərazisinə 1828-1832-ci ildə köç etdirilən ermənilərin çoxu əslində pavlikian idilər. Və pavlikianlğın "Torlak" məzhəbinə bağlı idilər. Həmin pavlikianlar məcburən "erməniləşdirilildi". Rusya türk-müsəlmanlarla açıq əlaqə yarada bilməmələri üçün Anadoludan köç etdirdiklərini İrəvanda, İrandan gətirdiyi erməniləri Qarabağda məskunlaşdırdı. Çünki Andoludan gətirdiyi və erməni damğası vurduğu pavlikianları müsəlmanlaşıb türklərə qarışmasından qorxurdu. Bununla baxlı Eçmiədzin ilə Çar hökuməti arasında məktublaşmalar mövcuddur. Həmçinin Osmanlı tapu-tahrir dəftərlərində İrəvan xanlığı ərazisinə gətirilən və "erməniləşdirilən" pavlikian ailələri haqqında tam statistik məlumatlar mövcuddur. Təssüvlər olsun ki, bizim tarixşünaslığımızda bu rus icadı "qreqoryanlıq" ciddi və elmi araşdırmaya tabe tutulmadı və bununla bağlı səsləndirilən bütün açıqlamalarda ideolojikdir.
Əkbər N.Nəcəf, Sacilər. səh 284 - 292
Əkbər N.Nəcəf, Azərbaycan Səlcuqları Yaqutilər. səh 33 - 38
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.