Kremli kim tikib ? İtalyanlar yoxsa Azərbaycanlı memar ?
Bu gün, 08:04

Bu gün ölkə başçısı Kremlin tikilişində Azərbaycanlı memar Əlis bəyin iştirak etməsini bildirib. Rusiya və bizim bəzi sosial media seqmentində buna ironiya edənlərə faktın real olmasını sübut edəcək yazını təqdim edirəm. Və qeyd edim ki, dövlət başçısı bir sözü elə belə deməz. Onun bu sözlərinin altında yüzlərlə sənəd, fakt və əlyazma durur. Bu fakt Prezident tərəfindən deyilirsə demək onun əlində təsdiq edəcək 100 faiz səhih sənədlər var..
1367-ci ildə tikilən Moskva Kremlinin memarı azərbaycanlı Əlis Sübhan oğlu Kərəmli olub. Sonradan bunu ört-basdır etməklə tarixi saxtalaşdırmaq üçün onun barəsində olan yazıları məxfi qrift altında gizlədir, heç kimə bu barədə əsərində cümlə belə yazmamağı tapşırır. Bir Azərbaycanlı memarın onların qürur yeri sayılan tikiliyə imza atmasını rus şovinizmi həzm edə bilmir.
Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli-Şirvani, Avropada və Suriyada Əliş Şamaxılı kimi tanınır) 1322-ci il aprelin 21-də Şamaxı şəhərində anadan olmuşdur. O, hazırda Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan Kərimlilər nəslinin nümayəndəsidir. Bu sülalənin nümayəndələri hər zaman rəsm çəkmək, sənətkarlıq etmək, yaratmaq, bir sözlə, istedad və xüsusi təxəyyül tələb edən işlər görmək bacarığı ilə seçiliblər.
1367-ci ilin yanvar ayının 5-də Şamaxıya gələn rus elçilər Moskva böyük knyazı Dmitriy Ivanoviçin yazılı ərzini gətirmiş və memar Əlis Sübhan oğlu Kərəmli Şirvani Moskvaya nəhəng bir tikintinin tikilməsinə dəvət edilir.
Memar Əlis bəy Şərqdə, Qafqazda, Hindistanda, Şamaxı və Azərbaycanın şimal və cənub hissəsinə aid digər bölgələrində də tanınırdı. Dəməşqin Bağlar bölgəsindəki məhəlləsində ərəb üslublu üç əzəmətli dördmərtəbəli binanın, Dəclə çayı üzərindəki beş tağlı Bağdad körpüsünün, Krım yarımadasında Bağçasaray mülkünün və fəvvarələrin, gürcülərin qədim paytaxtı Msxetada (Tiflis yaxınlığı) Knyaz Dodianın sarayının, Təbrizdə Kərim ağa torcasının (kompleks), Şirazda nəhəng 80 otaqlı Karvansaranın, Dəbil şəhərindəki Cümə məscidinin və digər onlarla tikili memarı olan Əlis bəy həmin ayın 10-nu Moskvaya yola düşür və 15 gündən sonra onunla knyaz Dmitriy Donskoy arasında tikinti müqaviləsi mzalandı.
Mart ayının 25-də tikintinin bünövrələrinə ilk yonma qara daşlar qoyuldu. Qurandan ayələr oxuyaraq bünövrəni qoya Əlis bəy Rusiyada ilk dəfə malaya çiy yumurtanın ağını qatmaqla ruslara Şərqin memarlıq üstünlüklərini göstərdi. 1371-ci ildə hazır olan qala-saray demək olar ki, Bakıdakı Şirvanşahlar sarayı üslubunda tikilib.
Əlis bəylə yanaşı tikintidə İtalyan memarlar Antonio Gillordi, Aloisio da Carisano, Marco Ruffo, Pietro Solari və Ridolfo Fioravanti də çalışıb. Kremlin beş qülləsinin dördünü bu italiyan memarları, beşincisini isə Əlis bəy özü tikib və layihəndirib.
Yerli sakinlər inşaat meydançasına “Keremli sırası” (“Keremlinskiy ryad”) deyirdi. Ruslar qüllələrdən beşincisinə "E Kereml" deyirdi və xalq arasında da bu məhəlləyə Kərəmlinin qalasının yanındakı məhəllə deyərlərmiş. Əslində Moskvanın özü elə bu məhəllədən ibarət imiş.
(1556-cı ilin avqustunda çar IV Ivan Qroznıy Keremli qülləsini “Vodovzvod”a çevirdi)
1371-ci ilin iyun ayının 22-də Şamaxıya ailəsini görməyə hazırlaşan Əlis bəyi kazak zabiti qılınc ilə qəfildən arxadan hücum edərək başını kəsir..
Qeyd edim ki, Əlis bəy Kərəmlinin layihəsi ilə Suzdalda, Smolenskdə, Novqorodda, Qazanda, Praqada oxşar tikililər yarandı.
Mənbələr:
1) Ülfət Cavad. “Kremli Azərbaycanlı tikib.” AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutun “Elmi əsərlər”i. Bakı, 2009-cu il, 28-ci cild, səh. 205.
2) "Московский летописный свод" 1479 г
3)Вронский О. Г. Страсти, владычествующие над мирами. Дмитрий Донской и его время. — Тула : Государственный музей-заповедник «Куликово-поле», 2019. — 209 с.
4)Сергей Алексеевич Бородин" Дмитрий Донской"https://mybook.ru/.../sergej-borodin/dmitrij-donskoj-1/read/
Dr. Zaur Aliyev
TEREF