“Qumilyov, Qumilyovun oğludur”
Bu gün, 08:54

“Böyük türkoloq alim Lev Qumilyov 1938 - ci ildə həbs olunduqdan sonra Ayrat Barxudaryan adlı erməni onun yaddaşında ən vəhşi müstəntiq kimi qalmışdı. Erməni vəhşinin vəzifəsi gənc tədqiqatçını döyməklə ondan izahat almaq olmuşdur. Serjant Barxudaryan onu demək olar ki, 3 ay döymüşdür. Lev Qumilyov xatırlayırdı ki, Barxudaryan onu həmişə onurğa beyninin əsəb sonluğundan (xüsusən barmaqların sonluğundan) vururdu. Yəqin bilirdi ki, bu sahədə frenikus əsəbi yerləşir, bu da beyn yarımkürəsinin fəaliyyətinə birbaşa təsir göstərirdi. Bununla yanaşı Barxudaryan hər gün ağacla onun yuxu arteriyasına zərbələr vururdu. Qumilyov bu dəhşətli işgəncələrə dözməyərək Barxudaryanın tərtib etdiyi protokola imza atmışdır”.
Mənbə S. Belyakov “Qumilyov, Qumilyovun oğludur” kitabı
Repressiya dövründə Azərbaycanın böyük alimlərini və sənət adamlarını da ermənilərə döydürürmüşlər. Bağırovun erməni müstəntiqləri də elə Barxudaryan kimi döyürmüş.
Etibar Əliyev
TEREF