Kremli tikən azərbaycanlı
Bu gün, 10:04

1367-ci ildə tikilən Moskva Kremlinin memarı azərbaycanlı Əlis Sübhan oğlu Kərəmli olub. Sonradan ruslar bunu ört-basdır etməklə tarixi saxtalaşdırmaq üçün onun barəsində olan yazıları məxfi qrift altında gizlədir, bu barədə bir cümlə belə yazmağı qadağan edir. Bir Azərbaycanlı memarın onların qürur yeri sayılan tikiliyə imza atmasını rus şovinizmi həzm edə bilmir.
Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli-Şirvani, Avropada və Suriyada Əliş Şamaxılı kimi tanınır) 1322-ci il aprelin 21-də Şamaxı şəhərində anadan olmuşdur. O, hazırda Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan Kərimlilər nəslinin nümayəndəsidir. Bu sülalənin nümayəndələri hər zaman rəsm çəkmək, sənətkarlıq etmək, yaratmaq, bir sözlə, istedad və xüsusi təxəyyül tələb edən işlər görmək bacarığı ilə seçiliblər.
1367-ci ilin yanvar ayının 5-də Şamaxıya gələn rus elçilər Moskva böyük knyazı Dmitriy İvanoviçin yazılı ərzini gətirir və memar Əlis Kərəmli- Şirvani Moskvaya nəhəng bir tikintinin tikilməsinə dəvət edilir. Memar Əlis bəy Şərqdə, Qafqazda, Hindistanda, Şamaxı və Azərbaycanın şimal və cənub hissəsinə aid digər bölgələrdə də tanınırdı. Dəməşqin Bağlar bölgəsindəki məhəlləsində ərəb üslublu üç əzəmətli dördmərtəbəli binanın, Dəclə çayı üzərindəki beş tağlı Bağdad körpüsünün, Krım yarımadasında Bağçasaray mülkünün və fəvvarələrin, gürcülərin qədim paytaxtı Msxetada (Tiflis yaxınlığı) Knyaz Dodianın sarayının, Təbrizdə Kərim ağa torcasının (kompleks), Şirazda nəhəng 80 otaqlı Karvansaranın, Dəbil şəhərindəki Cümə məscidinin və digər onlarla tikili memarı olan Əlis bəy həmin ayın 10-u Moskvaya yola düşür və onunla knyaz Dmitriy Donskoy arasında tikinti müqaviləsi imzalanır.Mart ayının 25-də tikintinin bünövrələrinə ilk yonma qara daşlar qoyulur. Qurandan ayələr oxuyaraq bünövrəni qoyan Əlis bəy Rusiyada ilk dəfə malaya çiy yumurtanın ağını qatmaqla ruslara Şərqin memarlıq üstünlüklərini göstərir. 1371-ci ildə hazır olan qala-saray demək olar ki, Bakıdakı Şirvanşahlar sarayı üslubunda tikilib. Əlis bəylə yanaşı tikintidə İtalyan memarlar da çalışıb. Kremlin beş qülləsinin dördünü bu italiyan memarları, beşincisini isə Əlis bəy özü tikib və layihəndirib. Yerli sakinlər inşaat meydançasına “Keremli sırası” (“Keremlinskiy ryad”) deyirdi. Ruslar qüllələrdən beşincisinə "E Kereml" deyirdi və xalq arasında da bu məhəlləyə Kərəmlinin qalasının yanındakı məhəllə deyərlərmiş. Əslində Moskvanın özü elə bu məhəllədən ibarət imiş.
1371-ci ilin iyun ayının 22-də Şamaxıya ailəsini görməyə hazırlaşan Əlis bəyi kazak zabiti qılınc ilə qəfildən arxadan hücum edərək başını kəsir.
Əlis bəy Kərəmlinin layihəsi ilə Suzdalda, Smolenskdə, Novqorodda, Qazanda, Praqada da oxşar tikililər yaranmışdı.
Mənbələr:
1) Ülfət Cavad. “Kremli Azərbaycanlı tikib.” AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutun “Elmi əsərlər”i. Bakı, 2009-cu il, 28-ci cild, səh. 205.
2) "Московский летописный свод" 1479 г
3)Вронский О. Г. Страсти, владычествующие над мирами. Дмитрий Донской и его время. — Тула : Государственный музей-заповедник «Куликово-поле», 2019. — 209 с.
4)Сергей Алексеевич Бородин"
Дмитрий Донской"https://mybook.ru/.../sergej-borodin/dmitrij-donskoj-1/read/
Zaur Aliyev , fəlsəfə doktoru, dosent.