“Səhliyalı” şirkətinin pendiri xarab çıxdı – “Bu, vicdansızlıqdır”
30-03-2023, 10:21
“Səhliyalı” şirkətinin pendiri xarab çıxdı “Səhliyalı” kiçik müəssisəsində “Min Bərəkət, Dadlı Nemət” adı ilə istehsal edilən pendirin xarab çıxdığı iddia edilir.
TEREF.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bu barədə jurnalist Anar Niftəliyev bildirib.
“Nə qədər vicdansız olmaq lazımdır ki, bunu edəsən. Hər dəfə belədir, hər dəfə! Üstünə təzə saçaqlı pendir yığıb, altına saralmış köhnələri qoymaq vicdansızlıqdır”, - o qeyd edib.