Avstraliyalıları ölümcül hörümçəkləri tutmağa çağırdılar
Bu gün, 16:46
Avstraliya zooparkı əhaliyə ölümcül zəhər ifraz edən hörümçəkləri toplamaq üçün müraciət edib. Çox xoş bir fəaliyyət kimi görünməsə də, antidot istehsal etmək üçün hörümçək yumurtalarına ehtiyac var.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, ölkədə 36 müxtəlif növ olan hopper hörümçəkləri tez təsir edən və öldürücü zəhəri ilə tanınır. Bunların arasında ən təhlükəli növ Sidney huni hörümçəyidir. Bu ştam 1981-ci ildə bir antidot inkişaf etdirilməzdən əvvəl 13 ölümlə əlaqələndirilib. Antidot aşkar edildikdən sonra ölüm hallarının qarşısı tamamilə alınıb.
Bu uğuru davam etdirmək üçün antidot istehsalı fasiləsiz davam etməlidir. Lakin istehsal hörümçəklərin zəhərindən və yumurtalarından asılı olduğundan, xalqın köməyi çox vacibdir.
Sidneydə yerləşən Avstraliya Sürünənlər Parkı bildirir ki, hörümçəklər ümumiyyətlə soyuq və rütubətli ərazilərdə olur. Hörümçək ovuna çıxacaqlardan xüsusilə ayaqqabılarının, çamaşır səbətlərinin və bağçalarının içini yoxlamaları xahiş olunur.
Zooparkın hörümçək baxıcısı Emma Teni çoxalma dövrünə girən hörümçəklərin panzəhər üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib: “Erkək huni hörümçəklərinin ömrü qısadır. Üstəlik, yalnız bir flakon antidot istehsal etmək üçün təxminən 150 hörümçək lazımdır. Ona görə də biz ictimai ianələr vasitəsilə kifayət qədər miqdarda zəhərə zəmanət verməliyik”.
Teninin təklifinə görə, hörümçəkləri və yumurtalarını uzun saplı qaşıqdan istifadə edərək diqqətlə bankaya qoymaq lazımdır. Hörümçəklərin hirslənməməsi gərəkdiyini bildirən Teni qeyd edib ki, yumurtaların parçalanmamasına da diqqət edilməlidir.