Ronaldo da Bakıya gəlir?

19-11-2024, 00:13           
Ronaldo da Bakıya gəlir?
Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo COP29 tədbiri çərçivəsində Bakıya xüsusi dəvət alıb.
TEREF konkret.az-a istinadən xəbər verir ki, tədbirin təşkilatçıları Portuqaliya yığmasının kapitanını paytaxta dəvət etməklə azarkeşlər üçün xüsusi bir sürpriz etməyi planlaşdırıblar.

Lakin Ronaldo vaxt məhdudiyyəti və oyun təqviminin sıx olması səbəbindən Bakıya səfər edə bilməyib.

Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda ötən gün Portuqaliya yığması Polşa yığması ilə mühüm qarşılaşmaya çıxıb. A Liqasının I qrupunda liderlik uğrunda gərgin mübarizə aparan Portuqaliya komandası bu görüşdə Ronaldonun iştirakı ilə əsas gücünü meydanda sərgiləyib.

Portuqaliya yığması rəqibini 5:1 hesabı ilə darmadağın etdiyi oyunda Ronaldo 2 qol vurub və 1 qolun məhsuldar ötürməsini verib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru