Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 00:06
Gələn il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 16 milyard 909,7 milyon manat məbləğində proqnozlaşdırılıb.
Bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.
Sosialyönlü xərclər siyahısına büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər, o cümlədən 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı nəzərdə tutur.
Bəs görəsən növbəti ildən müharibə veteranlarına verilən 80 manat təqaüd artacaqmı?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az – a açıqlama verib:
"Müharibə veteranlarına verilən təqaüdün artırılması ilə bağlı müzakirələrə tez-tez rast gəlirik. Çünki bilirsiz ki, ölkə başçısının 2019-cu il 1 aprel tarixli fərmanı ilə məhz Qarabağ veteranları üçün 80 manat prezident təqaüdü müəyyənləşdirilib. Bu təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müvinətlərinin əvəzinə verilir. 2019-cu ildən bəri həmin məbləğdə artım müşahidə olunmayıb. Baxmayaraq ki, kommunal, nəqliyyat və digər xidmətlərdə artım müşahidə olunur, ancaq 80 manat təqaüddə isə yox. Bu baxımdan da mövzunun tez-tez müzakirə olunması başa düşüləndir. Amma onu da nəzərə almaq lazımdır ki, bu kateqoriyaya daxil olan vətəndaşların sayı çoxdur. Təqribən 184 min vətəndaş ərazi bütövlüyü və suverenlik uğrunda döyüşlərdə iştirak edib və onların təqaüdünün artırılması əlbəttə ki, ölkədəki fisikal gəlirlərin səviyyəsindən, mailiyyə dəyərləndirilməsindən asılıdır. Bütün bunlara baxmayaraq yanaşmalar fərqlidir. Hətta biz müzakirələr zamanı "Veteranlar içərisində döyüşlərdə iştirak edib yaralananlara bir cür, yaralanmayanlara başqa cür təqaüd vermək lazımdır" deyə fikirlər də görürük. Ancaq bütün hallarda indiki məbləğ, yəni 80 manat artırılmalıdır. Çünki, kommunal xərclər, nəqliyyat xərcləri 2019-cu ildən bəri fərqli nisbətlərdə artıb bə buna görə müavinətlər də buna uyğun artırılmalıdır. Hesab edirəm ki, bununla bağlı yaxın zamanda dəyişikliklər görəcəyik. Pensiyalar və minimum əmək haqqının artım tempində dəyişiklik olacağı kimi müharibə veteranlarının aldığı vəsait də artacaq. Nə qədər artacağı isə dövlətin fisikal gəlirlərindən asılı olacaq".