"Azəriqaz rəhbəri Ruslan müəllim sizi il boyu hamıya qarşı müdafiə etdiyimə görə üzr istəyirəm"
30-03-2023, 09:46
"Azəriqaz İstehsalat Birliyi və Zaur Məmmədov, etdiyiniz bu əmələ görə ola bilsin ki, bəndə cəzasından qaça biləcəksiniz.Amma Allah cəzasından heç vaxt qaça bilməyəcəksiniz."
Teref.az yazır ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir! Daha sonra Mirvari xanım vəkil Səbuhi Axundovun Azəriqaz İstehsalat Birliyinin rəhbəri Ruslan Əliuyevə müraciətini paylaşıb. Teref.az olaraq Səbuhi Axundovun müraciətini təqdim edirik:
"Azəriqaz rəhbəri Ruslan müəllim Facebookda aktiv iştirakçıdır. Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov və Ucar XS-nin işçisi İlkin Məmmədov arasında baş verən mübahisəyə görə İlkinin işdən azad olunması barədə əməkdaşları facebook'da paylaşım etmişdilər. Bu barədə Mirvari Gahramanli xanım da paylaşım etmişdir. Bütün şikatətçilər Azəriqaz rəhbərliyindən kömək istəyirdilər ki, Bakıdakılar rayonda baş verən qanunsuzluğa müdaxilə etsinlər.
İndi Mirvari xanımın paylaşımından xəbər tutdum ki, Ilkin Uğur Memmedzade Ucar Rayon Polis Şöbəsinə çağırılıb və saxlanılıb.Növbətçi hissədən bildirirlər ki, qanuni qaydada saxlanılıb, inzibati qaydada məsuliyyətə cəlb olunması üçün sabah məhkəməyə çıxarılmalıdır .
İlkin normal, səliqəli həyatı olan ailə başçısıdır. Adam işdən qanunsuz çıxarıldığını və təhqir olunduğunu bildirib və iş yoldaşları da ona dəstək olaraq işə çıxmaqdan imtina ediblər. Buna görə adamı tutmaq nə deməkdir?!
Elşad Hacıyev müəllim ümid yeri sizsiniz. Atası çox sakit adamdır və sadece stress keçirmək gəlir əllərindən. Rayonda insanlar bir-birini tanıyırlar, pis insana heç kim yaxşı demir. Əgər iş yoldaşları dəstək göstəriblərsə, ona belə reaksiya verilməsi hüquqi deyil.
Artıq dərəcədə xahiş edirəm ki, məsələni diqqətdə saxlayasınız. Bilirəm ki, işiniz başınızdan aşır, amma sizdən başqa da əlimiz çatan kimsə yoxdur.
Azəriqaz rəhbəri Ruslan müəllim sizi il boyu hamıya qarşı müdafiə etdiyimə görə üzr istəyirəm. Başqaları yalan imiş."
Teref.az olaraq bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az