Prezidentin etimad göstərdiyi dövlət məmuru NÜMUNƏ olmalıdır… - Göygöl rayonunda iki dövlət məmuru bir-birinə yumruq-təpik atıb…

10-10-2023, 08:34           
Prezidentin etimad göstərdiyi dövlət məmuru NÜMUNƏ olmalıdır… -
İki məmur arasında şillə-təpik-yumruq davası gedir..ortada dövlətimizin nüfuzuna zərbə dəyir…
Biz bir media qurumu olaraq təkrar-təkrar yazmağa məcburuq ki, DÖVLƏT ƏDƏB-ƏRKANI deyilən bir dəyər var... Yəni dövlət məmuru cəmiyyət üçün NÜMUNƏ-ÖRNƏK olmalıdır. Cənab Prezidentimiz də deyir: “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.
Gördünüzmü, Prezidentimiz də deyir ki, nəinki məmur, hətta onun AİLƏ ÜZVLƏRİ DƏ NÜMUNƏ olmalıdır. Amma min təəssüf ki, bəzi məmurlar özlərini elə aparır ki, nəinki NÜMUNƏ, heç özlərini küçə uşağı səviyyəsində aparmırlar.. Məmur şəhid atasına kəllə atır ( Ağcabədini icra başçısı Rafil Hüseynov kimi ), yaxud məmur milyonları talayır və s... Sözümüzün canı odur ki, Prezidentin təyin etdiyi, etimad göstərdiyi məmur cəmiyyətə nümunə, örnək olmalıdır. Bu gün oxuduğumuz bir xəbər sözün əsl mənasında bizi narahat elədi.
Təsəvvür edirsiniz iki dövlət məmuru dövlət qurumunun qarşısında bir-birinə təpik, yumruq atır, süpürləşir, bir-birinə zərbə vurur...
İndi özünüz düşünün ətrafda olan insanlar düşünür ki, dövlət məmuru belədirsə... Biz bunları havadan yazmırıq ee...
Bu gün mediada yayılan xəbərdən bəlli olur ki, Azərbaycanda vəzifəli şəxslər mərkəzin həyətində dalaşıblar. Belə ki, hadisə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində baş verib. Mərkəzin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidov arasında mübahisə daha sonra fiziki münaqişəyə keçib. Elməddin Əhmədov Oqtay Həmidovun onun əl nahiyəsinə xəsarət yetirdiyini bildirərək Göygöl Rayon Polis Şöbəsinə şikayət edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. DİN-in Mətbuat Xidməti baş verən olaylı təsdiq edib və bildirib ki, ilkin araşdırmalar zamanı hər iki şəxsin mübahisə etməsi məlum olub və şəxslər üzərində hər hansı bir bədən xəsarətləri müəyyən edilməyib. Cənablar, söhbət bədən xəsarətindən getmir ee... Hər iki şəxs dövlət məmurudur, yəni dövləti təmsil edirlər, dövlət büdcəsindən əmək haqqı alırlar və s.. Söhbət cəmiyyət arasında dövlətin nüfuzundan gedir ee... Görəsən iki dövlət məmurunun davası nə üstündə baş verib..? Əlbəttə, pula görə... Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidovdan “aylıq” pulu istəyib. Bu iki məmur arasında başqa nə ola bilər ki..?
Qısa məlumat üçün qeyd edək ki, hər iki qurum Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyindədir. Bu qurumlar guya vətəndaşlara, sahibkarlara məxsus mal-qaranın dərmanlaması, müalicəsi üçün dövlətdən külli miqdarda pul alırlar. Bir qoyun üçün 30 qəpik, iri buynuzlu mal-qara üçün 40 qəpik pul ödənilir. Bunu minlərə vuranda xeyli pul eləyir. Çox güman ki, elə iki məmur arasındakı davada pul üstündədir.
Sözün qısası, məmurlar arasında şillə-təpik-yumruq davası gedir. Ortada dövlətimizin nüfuzuna zərbə dəyir...
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.