Meşə ərazisi qanunsuz asfaltlanıb... - Muxtar Babayevin diqqətinə

10-10-2023, 08:29           
Meşə ərazisi qanunsuz asfaltlanıb... -
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazilərində Azərbaycan Respublikasının Meşə Məcəlləsində kobud şəkildə pozulması halları kütləvi hal alıb.

TEREF.AZ bildirir ki, AzToday.az-a daxil olan məlumata görə, Masallı rayonun Qəriblər Meşəbəyliyinin ərazində fəaliyyət göstərən Dostluq İstirahət Mərkəzi qüvvədə olan normativləri pozaraq meşə ərazisində əsaslı tikinti işləri aparıb. Həmçinin, istirahət mərkəzinin yolunu asfaltlayıb. Bütün bunlara isə şəraiti 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinin yaratdığı bildirilir. Əks halda istirahət mərkəzinin qanunvericiliyin tələblərini pozmasını və meşə fonduna vurduğu ziyanla bağlı tədbirlər görməliydi.

Qeyd edək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazində fəaliyyət göstərən yüzlərlə biznes subyekti ekologiya işçiləri ilə əlbir olaraq Meşə Məcəlləsinin tələblərini kobud şəkildə pozur. Səthi aparılacaq yoxlamalar belə minlərlə qanunsuz faktın tapılmasını şərtləndirə bilər. Ümid edirik, Muxtar Babayev yerli ekologiya idarələrinin rəhbərlərinin merkantil maraqlarına xidmət edən bu cür halların qarşısının alınması üçün tədbirlər görəcək…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.