Veysəloğlu” şirkəti kimindir: Aydın, yoxsa Vasif Talıbovun..?
22-07-2024, 11:34
“Veysəloğlu” şirkətlər qrupunun rəhbəri Aydın Talıbovun əməlləri, ona məxsus “Araz”, “Oba” marketlərində baş verənlərlə bağlı ölkə mediasında az qala bir dastanlıq yazılar dərc olunub. Ona görə də çox təkrarçılığa varmaq istəmirik. Və Aydın Talıbov məsələsinə bu dəfə başqa bir prizmadan yanaşmaq istəyirik.
İlk öncə ondan başlayaq ki, Texniki Universiteti bitirmiş, sıradan biri olan, “maaşla dolana bilmirdim, ona görə biznesə gəldim” deyən Aydın Talıbov böyük bir şəbəkəyə sahibdir. Bəli, bu şəbəkənin 145 marketi, 9 mindən artıq əməkdaşı var.
Təsəvvür edirsiniz, bu az qala böyük bir ticarət nazirliyi deməkdir. Qısa bir zamanda Veysəl müəllimin oğlu bu boyda əmlakı necə əldə edə bilərdi..? Ümumiyyətlə, dünyada ticarət biznesi, sənaye biznesi, turizm biznesi və s var. Və bu sahələrdə qazanılan pulların miqdarı, faizi elm tərəfindən ciddi öyrənilib. Və bunu sübut eləmək 2 x 2 = 4 kimi sadədir.
Bəli, konkret olaraq onu deyə bilərik ki, bu boyda biznes imperiyasının arxasında məmur, özü də elə-belə məmur yox ee…ZIRI MƏMUR dayanmasa, yüz dənə Aydın Talıbov olsa da bu boyda biznes şəbəkəsini qurmaq mümkün olan deyil.
Biz bir media olaraq 9 ay əvvəl əbəs yerə yazmadıq ki, “Veysəloğlu”nun “paket”i əlindən alınıb…
Biz bu sözü havaya atmırdıq. Biz məntiqlə müəyyən etmişdik ki, bu boyda biznes şəbəkəsinin əsl sahibi var. Bəli, 9 ay öncə heç Vasif Talıbovun adını çəkən də yox idi, hətta bu gün onunla bağlı baş verənlər kiminsə ağlına yox e, heç yuxusuna da gəlməzdi. Amma biz bir media olaraq məntiq və qanunauyğunluq və Azərbaycan reallığını az-çox bilən kimi, bu nəticəyə gəlmişdik. İndi bu gün çoxları yaza bilər ki, Aydın Talıbovun biznes şəbəkəsinin əsl sahibi Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbov olub.
Bəli, biz bunu aylar öncə yazmışdıq. Əlbəttə, bu gün təkcə İsveç bankında 1 MİLYARD dollar pulu tapılan Vasif Talıbovun oğlu üçün Aydın Talıbova “krışa”lıq etmək nə böyük problem idi… Vasif Talıbov olmasaydı, Aydın Talıbov kim idi ki, Yasamal rayonunda düz yolun ortasını zəbt eləsin, öz “Araz” marketi üçün.
Biz onda yazdıq ki, Aydın Talıbov, kişi yol kəsməz, yol salar… Vasif Talıbov olmasaydı, sən işçiləri qanunsuz işlədə, onlara kağız üzərində bir cür, realda başqa maaş verə bilməzdin. Əmək Müfəttişliyi sənin şirkətini külli miqdarda cərimə edəndə canını qurtara bilməzdin. Vasif Talıbov olmasaydı, Aydın Talıbov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən “Veysəloğlu” Şirkətlər Qrupuna qarşı 2 milyon sanksiyadan necə qaça bilərdi..?
Vasif Talıbov olmasaydı… İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırmışdı.
Məlumatda deyilirdi ki, ötən il dünyada baş vermiş qlobal qiymət artımı fonunda ölkəmizdə bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir. Qiymət manipulyasiyalarının qarşısının alınması üçün Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərib. Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Veysəloğlu” heç bir sənəd və məlumat təqdim etməyib. Bununla bağlı şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barədə qanunauyğun tədbir görüləcək. Nə oldu, nə baş verdi..?
Əlbəttə, Vasif Talıbovun tapşırığından sonra hər şey öz yoluna düşdü. Bu tip sualların sayını kifayət qədər artıra bilərik. Bəli, dəfələrlə yazmışdıq ki, xaricdən dəvət etdiyin əcnəbi revizorlara 20-30 min manat maaş verirsən, bizim millətin nümayəndələrinə 300-400 manat… Biz yazanda ki, marketlərində satılan ərzaqlar insanları zəhərləyir, onların sağlamlığına ziyan vurur… Daha Vasif Talıbov yoxdur, Aydın Talıbov Özün nəticə çıxart və işinə bax.
P.S. Deyirlər, Vasif Talıbovun qohumu olan bir prokuror ilə də şərik imişsən.
Mənbə: Qlobal.az
TEREF qarşı tərəfində mövqeyini öz bloqunda dərc edə bilər!
TEREF