Mərkəzi Bank “Premium Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verib

8-01-2025, 16:44           
Mərkəzi Bank “Premium Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Premium Bank” ASC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib

İndex.az bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, hazırda Azərbaycanda 57 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,47 % payla Zərifə Həmzəyeva, 15,22 % payla “VIP Aviation Services” MMC və 0,31 % payla Elvira Əhmədovadır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru