Finlandiya “Eagle S” tankerinin istismarını qadağan edib

9-01-2025, 08:28           
Finlandiya “Eagle S” tankerinin istismarını qadağan edib
“Aşkar edilmiş ciddi nöqsanlar aradan qaldırılana qədər gəminin istismarına icazə verilməyəcək”

Finlandiyanın Nəqliyyat və Rabitə İdarəsi “Traficom” Baltik dənizində cərəyan kabelini zədələməkdə şübhəli bilinərək saxlanılan “Eagle S” tankerinin fəaliyyətini qadağan edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə “Traficom”un Mətbuat Xidmətindən məlumat verilib.

“Nəqliyyat və Rabitə İdarəsi “Traficom” “Eagle S” tankerinə dövlət liman baxışını başa çatdırıb. Yoxlama zamanı aşkar edilən nöqsanlara əsasən, “Traficom” gəminin fəaliyyətini dayandırıb. Aşkar edilmiş ciddi nöqsanlar aradan qaldırılana qədər gəminin istismarına icazə verilməyəcək”, məlumatda vurğulanıb.

Bildirilib ki, yoxlama nəticəsində 32 nöqsan müəyyən edilib. Onlar tankerin yanğın təhlükəsizliyinə, naviqasiya avadanlığına, nasos otağına, ekipajın məişət şəraitinə, elektrik təhlükəsizliyinə və gəminin ümumi texniki xidmətinə təsir göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru