Cənubi Koreyada yenidən prezidentin həbsinə order verilib

Dünən, 16:14           
Cənubi Koreyada yenidən prezidentin həbsinə order verilib
Cənubi Koreya məhkəməsi Koreya Respublikasının müvəqqəti vəzifədən kənarlaşdırılmış prezidenti Yun Sok Yolun həbsinə yenidən order verib.

TASS xəbər verir ki, bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb.

“Yanvarın 7-də həbs orderi verilib”, – qurumdan bildirilib. İdarənin əməkdaşları Seulun Qərb dairə məhkəməsinə “həbs qərarının müddətinin uzadılması məqsədilə order” üçün ərizə təqdim ediblər.

Əvvəlki həbs orderinin müddəti yanvarın 6-sı da daxil olmaqla qüvvədə idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.