"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR?

Bu gün, 17:36           
"OKUKLU  HOLDİNQ"  VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR?
Türkiyənin Okuklu Holdinqi bir neçə ildir Azərbaycanda da fəaliyyət göstərir. Son zamanlar onların bəzi əməllərindən şikayətlər olunur. Rəhbərləri Yılmaz Okuklu bəzi işçiləri ilə əlbir olaraq Azərbaycan vətəndaşlarının pulunu mənimsəmək, onları aldatmaqla məşğul imiş. Bu o Yılmaz bəydir ki, Qarabağ qazilərindən ibarət Azərbaycan amputant futbol komandası Türkiyədə olarkən keçmiş daxili işlər naziri Süleyman Soylunun komandaya verdiyi avtobusun açarlarını ələ keçirib sərhəddən keçirməyə qoymamışdı.
Vətəndaşımız Bəşirov Rövşən Azərbaycanda yerləşən Okuklu Holdinqdə məhsullar sifariş edib və bunun müqabilində şirkətin təmsilçisi Elşən Nəhmətova müəyyən miqdarda pul ödəyib. Vəd olunan vaxt yetişib. Lakin Rövşən Bəşirovun sifariş etdiyi mallar gətirilməyib. Hər dəfə əlaqə saxlayıb soruşanda müxtəlif səbəblər deyilib.

Ancaq nəticədə pulu ödənmiş məhsullar ünvanına çatmayıb. Belə olan halda Rövşən Bəşirov Okuklu Holdinqin rəhbəri Yılmaz Okukluya müraciət edib, əhvalatı danışıb. O da bu məsələdən xəbərdar olduğunu, malın tez bir zamanda çatdırılacağını deyib. Amma yenə də nə mal çatdırılıb, nə də pulu qaytarılıb.
Üç gün keçəndən sonra Rövşən Bəşirov yenidən Yılmaz Okukluya ilə əlaqə saxlayıb. Bu dəfə holdinq rəhbəri deyib ki, şirkət adından sövdələşmə aparan əməkdaşı işdən azad etmişəm. Çünki camaatı aldadırmış. İndi maraqlı vəziyyət yaranıb. Yılmaz Okuklu deyir ki, işçim müştəriləri aldadır, amma heç bir tədbir görmür. İşdən çıxartmaqla məsələ həll olunmur. İşçin dələduzluq edibsə, müştəriləri aldadıbsa, onunla bərabər şirkət də məsuliyyət daşıyır.
Cənab Okuklu özü bu fakt əsasında hüquq-mühafizə orqanlarına müraciət etməli, sifarişçilərə dəymiş ziyanı ödəməli idi. Yılmaz bəy isə çalışır ki, şikayətdə adı keçməsin. Bundan sonra da yaxasını kənara çəkib zərərçəkənlərə köməklik göstərmir. Deməli bu bir oyundur. Pulu alıb mənimsəyirlər. Sifarişçi malı istəyəndə də deyir işçim dələduz çıxıb, get şikayət et.
Yılmaz Okuklu bəy, Türkiyənin qanunları olduğu kimi Azərbaycanın da qanunları var. Siz bizim ölkənin ərazisində pul qazanıb vətəndaşları aldadaraq axıra kimi rahat işləyə bilməzsiniz. Bir gün qanunun gücü bu fırıldağın üstünü açacaq. Rövşən Bəşirov deyir ki, Okuklu Holdinq Azərbaycanda işləməyə başlayandan onlarla bir neçə dəfə sövdələşmələri olub. Həmişə də vaxtında, istədikləri şəkildə pullarını ödəyib. Amma indi qarşı tərəfin bu cür hiyləsi ona maddi ziyandan savayı mənəvi zərbə də vurur. Xüsusən də bunu qardaş ölkənin vətəndaşından görmək çox məyusedicidir.
Yılmaz Okuklu əlavə olaraq Azərbaycanda bina tikintisi, fermer təsərrüfatı ilə də məşğul olur, restoranları, mağazaları var. Buna baxmayaraq çörəyini yediyi ölkənin vətəndaşlarını aldatmaqla məşğuldur. İşçisi camaatı aldadır, onun vasitəsilə pulları mənimsəyir. Sifarişçi pulunu istəyəndə deyir işçim dələduzdur, şikayət et, amma adımı çəkmə, sənə kömək edəcəm. Sonra şikayətdə adının yazılmadığından arxayın olub yaxasını kənara çəkir. Deyir, get kimə istəyirsən müraciət et. Şikayətçi Rövşən Bəşirov bildirir ki, bu barədə polisə müraciət edib. Lakin polisdə də ərazi aidiyyatına görə problem yaranıb. Abşeron polisindən işin Binəqədi polisinə aid olduğunu deyirlər. Binəqədi polisi də bunun əksini söyləyir.
Üstəlik də polis bu məsələni mülki iş kimi qələmə verməyə çalışır. İndi ümid qalıb Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Baş prokuror cənab Kamran Əliyevə. Xahiş edirəm bu məsələni nəzarətə götürüb tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin edəsiniz.
Azərbaycanın müvafiq qurumları Ankara Bakı münasibətlərinə zərbə vurmaga calışan " OKUKLU HOLDİNQ" barəsində müəyyən ölcü götürəcəklər.
Sima Babayeva












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.