Parkomatların milyonları ciblərə axır - Bakı Şəhər İcra Hakimiyyəti hara baxır
1-02-2018, 16:09

teref.az-ya yazan oxucumuz yazır ki, Bakı şəhər İcra hakimiyyətinin nəzdnində olan parkomatlarda, nəzarətçilərlə sürücülər arasında olan problemlər bu günə qədər çox da rast gələn hadisə sayılmırdı. Lakin dünən başıma gələn hadisə göstərdi ki, buradakı özbaşınalıq artıq pik həddinə çatıb. Nəzarətçilər bu dövlət obyektlərini artıq şəxsi gəlir mənbəyinə çeviriblər.
Bu il yanvar ayının 31-i saat 16:25-də, mən F.X. Xoyski küçəsindən Ağa-Nemətulla küçəsinə dönən yerdə, Kofemaniya obyektinin qarşısında maşınımı saxladım. Tələsdiyim üçün parklama pulunu, oradakı nəzarətçiyə vermək istədim. Nəzarətçi Elçin adlı oğlan mənə, bu yerin qiymətinin 1 manat olduğunu dedi. Mən buna etiraz edib, 50 qəpik pulu parkamata (P&D10021097, Voin N: 1500231191, 1695) salıb, çeki maşına qoydum. Lakin qayıdanda nəzarətçi Elçin mənə yaxınlaşıb, pulu ona vermədiyim üçün məni təhqir etdi. Daha sonra şikayətçi teref.az-ya yazır ki,mən orada təxminən yarım saat oldum və bu müddət ərzində bu nəzarətçi dəfələrlə mənə yaxınlaşıb, hədə-qorxu gəldi və məni əsəbləşdirdi. Belə anladım ki, bu dayanacaq Elçinin şəxsi obyektidir və buranın saatı 50 qəpik olmasına baxmayaraq, bu insan sürücülərdən 1 manat alır və mənimsəyir. Dövlət pullarının mənimsənilməsi bir kənara qalsın, bu insan pulu ona yox, parkamata atanları hədə-qorxu gəlməyi, onları təhqir etməyi adi bir şey sayır. Belə tərbiyəsiz insanların hansı məntiqlə, insanlarla təmasda olmalı olan belə işlərə cəlb olunmasını heç cür anlamıram. Əgər bu sahədə yığılan milyonların şəxsi ciblərə axmasını nəzərə alsaq, razılaşarıq ki, bu obyektlərə mütləq ciddi nəzarət olmalıdır. Əks halda xalqın pulu və insanların səhhətinə ciddi zərbələr dəyəcək.
Jurnalistlər birliyinin üzvü
F. Kərimov
teref.az oaraq adlarrı çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az