"Dərman mafiyası işi"ndə bir deputatın adı hallanır - GƏLİŞMƏ
8-05-2018, 20:38
- "Dərman mafiyası işi"ndə bir deputatın adı hallanır. Bu barədə DİA.AZ-a bilgili qaynaqlar informasiya verib. Xəbəri verən mənbə iddia edir ki, hazırda həmin millət vəkilinin də fəaliyyəti araşdırılır.
Mənbənin söylədikləri: "Ola bilsin ki, onunla bağlı da hüquqi addımlar atılsın".
Qeyd edək ki, həmin şəxsin adı DİA.AZ-a bəllidir.Sadəcə bəzi dəqiqləşdirmələrə görə, tam təfsilatı indi açıqlamırıq.
DİA.AZ-a danışan mənbə bildirir ki, DTX tərəfindən konkret adlar müvafiq dairələrə təqdim olunub və qəti qərarların verilməsi üçün gərəkən zaman gözlənilir.