Mərdan Camalov şoferi özünə köməkçi təyin etdi – Özəl

10-05-2018, 16:56           

Şirvandan AzEuroNews.com-a verilən məlumata görə, icra başçısı Mərdan Camalov yenə köməkçisini dəyişib.

Əvvəl özünə müavin, sonra köməkçi götürdüyü, “Hizmət” hərəkatı üzvü olmaqda ittiham edilən Fəqani Hüseynov təkrar bələdiyyə sədrinin müavini postuna qayıdıb.

Maraqlıdır ki, M.Camalov F.Hüseynovu iki dəfə bələdiyyədəki işindən çıxarıb və icra hakimiyyətinə gətirib, sonra yenidən geri qaytarıb.

Bu dəyişikliklərdən havalanmış F.Hüseynov Şirvan küçələrində “40 min” deyə-deyə gəzişir, başına gələnlərdən özünə gələ bilmir.

M.Camalov özünə Bəhruz Ağabala oğlu Quliyevi köməkçi götürüb. B.Quliyevin atası Şirvanda zərgər və qızıl biznesmeni kimi tanınır. B.Quliyev isə kifayət qədər icra strukturunda işləmiş, təcrübəli və ali təhsilli sürücüdür.

Şirvan məhkəməsinin sədri Elçin Qurbanovun 6 il sürücüsü olan B. Quliyev indi icra başçısına köməkçi təyin olunub.

B.Quliyevin xalası Füruzə Məmmədova isə Şirvan ŞİH-də ümumi şöbənin müdiridir. İcra başçısının yeni köməkçisinin qardaşı isə qeydiyyat şöbəsinin müdiri Bəhmən Quliyevdir.

► ► ► Mövzu ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənib dərc etməyə hazırıq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.