Yelena Zelenskaya: Həyat yoldaşım ömrünün sonuna qədər prezident olmağı planlaşdırmır
Bu gün, 16:14
"Ukrayna Prezidenti Volodimir Zelenski ömrünün sonuna qədər vəzifəsində qalmağı planlaşdırmır". İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskaya "Quarta Repubblica"ya verdiyi müsahibədə bildirib.
O vurğulayıb ki, Ukrayna prezidentinin qarşısına qoyduğu əsas vəzifə ölkənin təhlükəsizliyini təmin etməkdir.
Yelena Zelenskaya əlavə edib ki, Kiyevin təhlükəsizlik zəmanətləri, hansısa formada təmin edilməlidir ki, onun həyat yoldaşı prezident postunu rahat şəkildə tərk edə bilsin.
O qeyd edib ki, əgər Ukraynanın Şimali Atlantika Alyansına (NATO) üzvlüyü təhlükəsizlik zəmanəti hesab edilə bilərsə, Zelenski prezident vəzifəsindən gedə bilər.