"Toy Adıyla Evdən Çıxıb Döyüşə Gedirdim"- 1-ci Qarabağ Müharibəsinin Jurnalisti Gülbəniz Arifqızı

Dünən, 11:18           
"Toy Adıyla Evdən Çıxıb Döyüşə Gedirdim"- 1-ci Qarabağ Müharibəsinin Jurnalisti Gülbəniz Arifqızı
Gülbəniz Arifqızı Birinci Qarabağ Müharibəsində iştirak etmiş ən cəsur hərbi jurnalist qadınlardan biridir. O, cəbhə bölgələrindən xəbər hazırlamaq üçün həyatını təhlükəyə ataraq qaynar nöqtələrə gedib və bu barədə ailəsinə heç vaxt məlumat verməyib. Evdən çıxarkən sadəcə toya və ya rəfiqələri ilə görüşə getdiyini söyləyən Gülbəniz xanım, jurnalist kimliyini qoruyub saxlamaq üçün hər zaman səliqəli geyinməyə önəm verib.

O, eyni zamanda erməni əsirliyindən qaçmış azərbaycanlı hərbi əsirlərdən ilk müsahibə alan jurnalist olub. Qarşı tərəf onun olduğu maşını atəşə tutsa da, o, öz peşəsindən geri çəkilməyib və həyatını riskə ataraq həqiqətləri dünyaya çatdırmaqdan çəkinməyib. Onun zəngin arxivi Qarabağ müharibəsinin real mənzərəsini əks etdirən dəyərli materiallardan ibarətdir.

Hazırda ABŞ-da yaşayan Gülbəniz Arifqızı ankoloji xəstəlikdən əziyyət çəksə də, onun jurnalistikaya verdiyi töhfələr heç vaxt unudulmayacaq. Biz ona Allahdan şəfa arzulayırıq və bu videoda onun fədakarlıq dolu həyatını sizə təqdim edirik.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.