“Erməni xalqı bir diktatorun əlində aciz qalıb” – Hayko Bağdat
16-10-2015, 12:33
“8 əvvəlki Sarkisyan hakimiyyəti 2 il sonra rejimə çevrildi və xalq on-on beş il geri düşdü”.
Hafta.az-ın aravot.am-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyədə nəşr olunan ermənidilli “Aqos” qəzetinin köşə yazarı, “Hrant Dink” fondunun mətbuat şefi Hayko Bağdat deyib.
Erməni əsilli köşə yazarı Sarkisyan diktaturasının qaniçənliyinin ölkənin təhsil sisteminə ciddi zərbə vurduğunu da bəyan edib:
“Təkcə Sarkisyanın ölkəyə rəhbərlik etdiyi bu səkkiz ildə ölkə təhsilində xeyli geriləmə müşahidə olunur. Ali təhsillilərin rəqəmi 3,1 faiz geriləyib. Xaricə göndərilən tələbələr 14 faizdən 6 faizə düşüb. Dövlət tələbələrin arxasında durmaqdan rəsmən imtina edir. Bu tendensiya getdikcə də davam edir. Bir sözlə, erməni xalqı bir diktatorun əlində aciz qalıb”.