Təcili: Ermənistan Milli Təhlükəsizlik Xidməti rəisinin Qarabağla bağlı məxfi məktubu üzə çıxdı - "Əhali Azərbaycanla sərhəddən qaçır..." (Fotofakt)
16-10-2015, 12:48
Ermənistan hakimiyyəti kəndləri tərk edən sakinlərin qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirməyə başlayıb.
Avropa.info xəbər verir ki, bununla bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Qoriq Hakobyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın Milli Təhlükəsizlik Xidmətinin rəisi Arşavir Qaramyana xəbərdarlıq məktubu göndərib. Həmin məktub isə Ermənistanda sosial şəbəkələrə sızıb. Əslində məxfi olmalı olan məktubun sosial mediya necə sızması məlum deyil.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi məktubunda son vaxtlar Ermənistan-Azərbaycan sərhədi boyunca çoxsaylı atəşkəs rejimi pozuntuları, əsgərlər arasında qurbanlar, dinc əhalinin və mülki evlərin bombalanmasının əhali arasında vahimə yaratdığını bildirib:
“Sərhədyanı bölgədə yerləşən kəndlərin sakinləri öz yaşayış yerlərini tərk edir, öz ailələrini İrəvana, Abovyana başqa şəhərlərə aparırlar və qayıtmağa hazırlaşmırlar. Kənd əhalisinin böyük bir hissəsi, imkanı olanlar öz ailələrini kəndlərdən götürürlər.
Artıq bu gün Voskepar, Barekamavan, Kot, Bağanis, Berdavan yaşayış yerləri boşdur. Regionda yaranmış vəziyyəti nəzərə alaraq, Dağlıq Qarabağda eyni vəziyyətin yaranmaması üçün əmr edirəm ki, əhali arasında izahat işləri aparılsın və vahimə yaradan şəxslər məsuliyyətə cəlb olunsun”.
Qeyd edək ki, Ermənistanın işğal altında saxladığı ərazilər, xüsusən cəbhəboyu olan Ermənistanın şimal şərq bölgəsinin Tavuş və ətraf ərazilərinin sakinləri son günlərdə evlərini tərk edirlər. Voskepar, Barekamavan, Koti, Bağanis və Berdavan kəndləri artıq boşalıb.
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi