“Əfv üçün prezidentə müraciət edən dustaqların kimliyi məlumdur” - AÇIQLAMA
16-10-2015, 13:14
“İşçi qrupu əfv üçün siyahı tərtib edərək ölkə başçısına göndərib".
Bunu Hafta.az-a verdiyi açıqlamasında hüquq müdafiəçisi Səadət Bənanyarlı deyib. Səadət xanımın sözlərinə görə, beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi bir çox şəxslərin işçi qrupunun tərtib etdiyi siyahıda adları var:
“Biz bu siyahını tərtib edəndə bir çox halları nəzərə almışıq. Siyahıda siyasi şəxslərin də adı mövcuddur. Əfv fərmanı olacaq, amma bunun tarixini dəqiq deyə bilmərəm.
Hüquq müdafiəçisinin bildirdiyinə görə, beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi bəzi şəxslər əfv üçün prezidentə müraciət edib:
“Bizdə olan məlumatlarda, siyasi məhbus hesab olunan bəzi şəxslər əfv üçün prezidentə müraciət edib. Biz onların məktubunu da ölkə başçısına təqdim etmişik. Qeyd olunan dustaqların adını çəkmək istəmirik, əfv olduqdan sonra onların kimliyi aydın olacaq. Bütün müraciətlərə baxıldıqdan sonra əfv sərəncamı imzalana bilər, amma bayaq qeyd etdiyim kimi bunun tarixini dəqiq deyə bilmərik”.