Rus ekspert: ABŞ Türkiyə ilə əməkdaşlığı dayandırsa...

7-02-2020, 08:46           
Rus ekspert: ABŞ Türkiyə ilə əməkdaşlığı dayandırsa...
Türkiyə ilə ortaq hərbi proqramların dayandırılması ABŞ üçün zərərlidir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksey Leonkov deyib.

“Əgər bu günə kimi ümumi proqramlardan danışsaq, ən çox F-35 proqramına ziyan dəydiyini görərik. Məlum olduğu kimi, ABŞ Türkiyənin S-400 almasından dolayı Ankaranın bu proqramda iştirakını dayandırmışdı. Əlbəttə, Ankara bu qərarı cavabsız qoymadı və İncirliyi bağlamaqla ABŞ-ı təhdid etmişdi. Əgər həqiqətən də Türkiyə-ABŞ hərbi kəşfiyyat əməkdaşlığı dayandırılsa, amerikalıların öz dronlarını yerləşdirəcəyi ən yaxın aviabaza Siciliya və Yunanıstanda olacaq", - deyə ekspert bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.