Bakı Rusiyanı müdafiə edən sənədə imza atmadı - İddia

7-04-2015, 12:24           
Bakı Rusiyanı müdafiə edən sənədə imza atmadı - İddia
“MDB-nin beş ölkəsi Rusiyanı müdafiə edən sənədi imzalamaqdan imtina ediblər”.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ukraynalı blogger Karl Volox özünün etibarlı mənbələrinə istinadən Feysbuk səhifəsində yayıb.

Bloggerin məlumatına görə, MDB ölkələrindən yalnız beşi Rusiyanın təqdim etdiyi sənədi imzalamaqdan imtina edib:

“MDB Xarici İşlər Nazirləri Şurası Bişkek sammitində iştirak edən Azərbaycan, Özbəkistan, Türkmənistan, Moldova Avropa Birliyi, ABŞ və digər ölkələrin Ukrayna hadisələri ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyalara etiraz edən sənədi imzalamaqdan imtina ediblər. Bununla bərabər adı çəkilən ölkələr Ukraynanı dəstəkləməklə dünya birliyinə Rusiyanın postsovet məkanında xüsusi təsir zonalarının olmadığı faktını göstərdilər”.

Qeyd edək ki, Bişkek sammiti aprelin 3-də keçirilmişdi.

Onu da xatırladaq ki, Karl Voloxun açıqladığı informasiya üzv ölkələrin yayımladığı rəsmi məlumatların heç birində yer almayıb.
Bakı Rusiyanı müdafiə edən sənədə imza atmadı













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.