Nizami İskəndərovun yeni eşqi - Yenidən deputat olmaq istəyir

7-05-2015, 23:29           
Nizami İskəndərovun yeni eşqi - Yenidən deputat olmaq istəyir
Sabiq deputat Nizami İsgəndərov yenidən mandat qazanmaq eşqinə düşüb. İqtidarın “qara siyahı”sında olan və reputasiyası zədələnmiş biznesmen Milli Məclis seçkilərində iştirak üçün qeyri-rəsmi təbliğata başlayıb.

TİA.AZ-a daxil olan məlumata görə, N.İsgəndərov aktiv siyasi fəaliyyət yolunu seçib və ictimai həyatda özünü təsdiqləmək məqsədi var. "Nabran Holiday Village" istirahət mərkəzində baş verən bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış üç yaşlı İmran Cəfərzadəyə görə uzun müddət tənqid olunan sabiq deputatın 2015-ci il marafonunda qalib gələcəyi inandırıcı görünmür. Bir zamanlar fövqəladə hallar naziri Kəmaləddin Heydərova xəyanət etmiş və komandadan silinmiş bir kadrın parlamentə mandat alacağı perspektivsizdir. Qeyd edək ki, sabiq deputat Nizami İsgəndərov Sumqayıt şəhərinin tanınmış iş adamlarından biridir və "Nabran Village Holiday” istirahət mərkəzi ilə yanaşı "Cavid” və "Sumqayıt” ticarət mərkəzlərinin sahibidir. Xatırladaq ki, Nizami isgəndərov 2005-ci ildə hakim YAP-nın siyahısı ilə deputat ola bilib. 2010-cu ildə isə müəyyən səbəblərdən seçkidən kənarlaşdırılır və Oqtay Əsədov onu özünə kəməkçi götürür. Çox keçmir ki, (5 ay) bu vəzifədən də kənarlaşdırılır və hazırda biznes fəaliyyəti ilə məşğuldur. İsgəndərovla bağlı zaman-zaman ölkə mətbuatında məlumatlar dolanıb. Məlumatlar sırasında onun biznes fəaliyyətindəki korrupsiya elementlərindən tutmuş, özəl kaprizinə qədər çoxlu faktlar sadalanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.