Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının mayın 10-da əfvin olması ilə bağlı iclası keçirilməyib.
Bu barədə AzVision.az-a açıqlamasında Əfv komissiyanın üzvü, Xalq şairi Zəlimxan Yaqub deyib.
O, Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı əfv sərəncamının imzalanacağı haqda xəbərlərə aydınlıq gətirib: “Bu ay əfv olmayacaq. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclasları keçirilməyib. Əfv sərəncamının olacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Qeyd edək ki, bəzi hüquq müdafiəçilərinin mətbuata verdikləri açıqlamalara görə, 10 May- mərhum prezident Heydər Əliyevin doğum günü ərəfəsində əfv sərəncamı veriləcək.