MilliMəclisin deputatları arasında vərəsəlik siyasəti - Mandat atadan oğula ötürülür?
8-05-2015, 15:39
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlunu deputat seçdirmək niyyəti ilə bağlı məlumat vermişdik.
Editor.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı faktı təsdiqləyərək, oğlu Elçin Ağamalıyevin deputatlığa namizəd olmasına çalışdığını, oğlunun hələki buna razılıq vermədiyini bildirmişdi.
Editor.az daha bir deputatın öz yerini oğluna vermək istəyi ilə bağlı məlumat alıb.
İnformasiyada deyilir ki, beş ilə yaxındır mandat daşıyan biznesmen-deputat Ağalar Vəliyev bu dəfə deputat olmaq istəmir və yerini oğluna, sahibkar Pərviz Vəliyevə vermək niyyətindədir.
Ağalar Vəliyevin parlamentin istər plenar, istərsə də komitə iclaslarında bircə dəfə olsun çıxış etməməsi, seçicilərlə az-az münasibəti fonunda yenidən seçiləcəyinə ümid etmədiyi və bu səbəbdən seçki marafonuna qatılmayacağı da söylənilənlər arasındadır.
Editor.az məsələyə millət vəkili Ağalar Vəliyevin özündən münasibət öyrənmək istəsə də, hər dəfə olduğu kimi, deputat bu dəfə də ona etdiyimiz zəngə cavab verməyib.