“Rusiya ərazisinə zərbələr endirə bilərik” - Ukrayna Müdafiə Şurasının katibi

28-07-2022, 07:50           
“Rusiya ərazisinə zərbələr endirə bilərik” -
Ukrayna hərbçiləri Rusiya ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirə bilər.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov telemarafonun efirində bəyan edib.
Ətraflı

“Əgər zərurət yaranarsa, onda inanın, heç kimin əli titrəməyəcək. Həmin obyektlərin məhv edilməsi üçün imzalanmalı olan sənədlər imzalanacaq. Prezidentimizin atəşin gəldiyi ərazilərə cavab verəcəyimizlə bağlı açıqlamaları da bunu təsdiqləyir”, - deyə Danilov bildirib.

Eyni zamanda o qeyd edib ki, Ukrayna Rusiya hərbçilərinin ölkə ərazisini haradan atəşə tutduğunu bilir.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru