Blinken Ukraynada müharibənin başlanmasından sonra ilk dəfə Lavrovla danışacaq

28-07-2022, 09:14           
Blinken Ukraynada müharibənin başlanmasından sonra ilk dəfə Lavrovla danışacaq
ABŞ-ın dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmaq niyyətindədir.

Amerikanın xarici siyasət idarəsinin rəhbəri çərşənbə günü belə bir bəyanatla çıxış edib.


“Yaxın günlərdə Rusiya xarici işlər naziri ilə Ukraynada müharibə başlayandan bəri ilk dəfə danışacam”, - deyə o, bildirib.

Blinken qeyd edib ki, söhbət zamanı amerikalılar Pol Uilan və Britni Qrinerin azad edilməsi, Ukraynadan taxıl tədarükü ilə bağlı sövdələşmə müzakirə olunacaq.

O, həmçinin əmin edib ki, bu, Ukrayna ilə bağlı danışıqlar olmayacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru