Nüvə müharibəsi təsadüfən başlaya bilər, NATO-ya təhlükə var - Britaniya rəsmisi

28-07-2022, 19:14           
Nüvə müharibəsi təsadüfən başlaya bilər, NATO-ya təhlükə var - Britaniya rəsmisi
Britaniyanın milli təhlükəsizlik müşaviri Stiven Lavqrov mümkün nüvə müharibəsi riski barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, o, nüvə müharibəsinin təsadüfən başlaya biləcəyini deyib.

Böyük Britaniyanın milli təhlükəsizlik rəhbəri Stiven Lavqrov dünyanın yeni və təhlükəli dövrə qədəm qoyduğunu, eyni zamanda Qərbin Çin və ya Rusiya ilə təsadüfən nüvə müharibəsinə getməsi ehtimalının olduğunu deyib.

Qərbin Çin və Rusiya ilə əlaqəni kəsdiyini vurğulayan Lavqrova görə, bu vəziyyətin Çin və ya Rusiya ilə nüvə münaqişəsinin təsadüfən başlama riski yarada biləcəyini iddia edib.

Lavqrov bildirib ki, siyasətdə geniş şəkildə istifadə edilən “arxa qapı” diplomatiyası da pozulub.

Texnologiyada irəliləyişlərin silahları daha ölümcül və asan əldə olunan etdiyini vurğulayan Lavqrov bu vəziyyətin təhlükəsizlik qaydalarında dəyişikliyə səbəb olduğunu bildirməklə, diqqətlə düşünməyə çağırıb.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinə müraciət edən Lavqrov NATO-nun strateji sabitliyinin risk altında olduğunu da vurğulayıb.

“Çinin nüvə modernləşdirilməsi proqramı ilə bağlı açıq narahatlıqlarımız var ki, bu da onun arsenalındakı nüvə silah sistemlərinin həm sayını, həm də növünü artıracaq”, - Britaniyanın təhlükəsizlik müşaviri fikrini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.