Kremlin tam işğal niyyəti: Bütün Ukrayna “neonasizm”dən azad edilməlidir

29-07-2022, 08:54           
Kremlin tam işğal niyyəti:
“Kreml hesab edir ki, Ukraynanı ümumilikdə “neonasist əhval-ruhiyyəsindən” azad etmək lazımdır”.

Bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə axşamı jurnalistlərə açıqlamasında səsləndirib.

O, “Ukraynada Rusiya şəhərlərini azad etməyin vaxtı çatıb” deyən “DXR” “rəhbəri” Denis Puşilinin sözlərini şərh edib.

“Kreml Ukraynanı hər cür “neonasist əhval-ruhiyyə” təzahürlərindən azad etməyin zəruri olduğunu dəstəkləyir. Bunu mütləq etmək lazımdır. Biz “LXR” və “DXR”dəki insanları qorumalıyıq”, – Peskov Kremlin belə bir mövqeyi dəstəkləyib-dəstəkləmədiyi sualına cavab olaraq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru