Moskvada Merkeldən mühüm bəyanat: “Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir”

11-05-2015, 00:06           
Moskvada Merkeldən mühüm bəyanat: “Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir”
Rusiyada səfərdə olan Almaniyanın kansleri Angela Merkel prezident Vladimir Putinlə görüşdükdən sonra Ukrayna mövzusunda önəmli bəyanat verib. Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, Merkel bildirib ki, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir.

“Biz özümüzə hesabat verməliyik ki, Minsk anlaşmasının reallaşması dedikdə nədən söhbət gedir. Söhbət ondan gedir ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Biz bu yöndə birgə işləməkdə davam edəcəyik” – deyib kansler.

Onun sözlərinə görə, Rusiya ilə Almaniyanın münasibətləri hazırda mürəkkəb dövrünü yaşayır, ancaq onun üçün Moskvaya gəlib II Dünya müharibəsində həlak olmuş sovet əsgərlərinin xatirəsini yada etmək çox önəmli olub.

Putin Merkelin iki ölkə arasında əlaqələrin heç də yaxşı dönəm yaşamadığı fikri ilə razılaşıb Eyni zamanda bu vəziyyətin hər iki ölkənin mənafeyinə cavab vermədiyini söyləyib. Onun sözlərinə görə, “yeni Avropa təhlükəsizlik sisteminin qurulması irəliyə doğru addım atmaq, keçmişin fobiyasından qurtulmağı tələb edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.