"Əxlaq polisi İranı iffətsiz və əqidəsiz etdi"- iranlı millət vəkili
27-09-2022, 11:45
Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) şəhərini İran parlamentində təmsil edən Qulmarza Nuri Qızılca “Əxlaq” polisinin zorakılığını tənqid edib. İranda “Əxalq” polisinin məcburi hicab qaydaları ilə bağlı zorakılığını sərt tənqid edən Nuri bunun əks effekt verdiyini deyib. "Ölkədə kimlər hicab məsələsini bu yerə çatdırdı? Biz ona görə bu işin İslam və iffətə xeyir vermədiyini deyirik. Bu addımlar cəmiyyətin hicablı kəsimini də bizdən uzqlaşdırır",- deyə, millət vəkili bildirib. O, “Əxalq” polisi tərəfindən həbs edilənlərin bundan narazı qaldığını və əks reaksiya verdiyini söyləyib. "Qolçomaq və ya bir idmançının xalqın qızını götürüb “Əxalq” polisi maşınına atmasını bunlar Peyğəmbərin hansı hərəkətləri və buyruqlarında kəşf ediblər",- deyə Qulamrza Nuri qeyd edib. Heydər Oğuz Teref.az