Ermənistana gələn Yunanıstan XİN başçısı Azərbaycana MEYDAN OXUDU - FOTO

28-09-2022, 08:25           
Ermənistana gələn Yunanıstan XİN başçısı Azərbaycana MEYDAN OXUDU - FOTO
Xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm, revizionist siyasətiniz uğursuz olacaq".

Teref.az konkret.az-aistinadən xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ermənistana səfər edib. Nikos Dendias erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

O, Azərbaycan-Ermənistan münaqişəsində İrəvanı dəstəkləyib.

"Mən xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm. Mesajım budur ki, revizionist siyasət uğursuz olacaq", - Dendias deyib.

Dendias bu bəyanatı ilə Azərbaycana meydan oxuyub və Ermənistana dəstək mesajı verib.

O, İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri A.Mirzoyan və XİN S.Papikyanın iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşüb.

Dendias sosial mediada verdiyi açıqlamada "Yunanıstanın Ermənistanla tam həmrəy olduğunu vurğuladım", - deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru