Ermənipərəst britaniyalı deputat irqçi çıxışına görə partiyadan kənarlaşdırılıb

28-09-2022, 11:14           
Ermənipərəst britaniyalı deputat irqçi çıxışına görə partiyadan kənarlaşdırılıb
Rupa Huq - Ermənipərəst britaniyalı deputat, etdiyi şərhə görə partiyadan kənarlaşdırılıb.

APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, Leyboristlər Partiyasından olan deputat Rupa Huq, maliyyə naziri Kvasi Kvartenqə qarşı işlətdiyi irqçi sözlərə görə partiyadan kənarlaşdırılıb.

O, partiyasının Liverpul şəhərində keçirilən iclasında naziri “səthi olaraq qaradərili” kimi təsvir edib.

Leyboristlər partiyasının sözçüsü, Rupa Huqun sözlərini pisləyərək belə bir şərhin tamamilə yersiz olduğunu qeyd edib. Mühafizəkarlar partiyasının sədri Ceyk Berri də Rupa Huqun şərhlərini pisləyib.

Rupa Huq haqqında partiyası tərəfindən araşdırma başlanıb. Araşdırmanın nəticələri məlum olana qədər o, parlamentdə müstəqil deputat kimi fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, Rupa Huq ötən il Böyük Britaniya xarici işlər nazirliyinə müraciət edərək qondarma erməni soyqırımını tanımaqla bağlı çağırış etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru