Tahir Kərimli yenə müxalifətə ilişdi

14-05-2015, 11:52           
Tahir Kərimli yenə müxalifətə ilişdi
“Milli Şura adlı qurum AXCP-nin yedəyində gedir və bu səbəbdən Şuraya aid bütün açıqlamaları AXCP funksionerləri verirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib.

Onun sözlərinə görə, Milli Şura çoxdan siyasi səhnədən getməli idi:

“Sadəcə Əli Kərimlinin özünü “ana müxalifət” göstərmək planları bu qurumun ömrünü uzatdı. İndiki halda bu quruma rəhbərlik edən Cəmil Həsənli də, ideoloqu Rüstəm İbrahimbəyov da bilir ki, bu qurum Əli Kərimlinin yedəyində gedir. Əslində qalsa Milli Şura Müsavata və İsa Qəmbərə qarşı yaradılmılş bir qurumdur. Bir sözlə Milli Şuranı AXCP idarə edir və Cəmil Həsənlinin ətrafında toplaşan şəxslər də məhz AXCP-nin ideyalarını təbliğ edirlər. Biz bunu onların çıxışlarında da açıq-aydın görürük. Çünki indiyə qədər o çıxışlarda AXCP-nin strategiyasından kənara çıxan hər hansısa bəyanatın şahidi olmamışıq. İndiki halda Milli Şura adı ilə keçirilən mitinq əslində AXCP-nin mitinqidir və onlar bu yolla heç nəyə nail ola bilməyəcəklər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.