Hafiz Hacıyev: "...onlar da Əhməd Oruc ağıldadırlar"
15-05-2015, 17:05
Görüşə ölkəyə xəyanət edən bir qrup şəxsləri yığıblar. Həmin dialoqda millətin gələcəyini düşünən insanlar olmalıdır. Nəzir qutusundan haqq alan, Jirinovskinin tapşırdığı, heç bir elektorata sahib olmayan partiyalar və onların sədrləri yer alıb bu görüşdə".
Bu fikirləri Ölkə.az-a Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bu gün keçiriləcək iqtidar-müxalifət görüşünə münasibət bildirərkən deyib. O görüşə qatılmamasının səbəblərini belə izah edib:
"Hansı dialoqdan söhbət gedə bilər ki, görüşdəki partiya sədrlərinin çoxunu cəmiyətdə tanımırlar. Azərbaycanın inkişafını sevməyən, fürsət düşəndə ölkəni xarici dövlətlərə su qiymətinə satan insanların ora yığılmasının nə mənası var. Ona görə də biz qərar verdik ki, bu görüşdə iştirak etməyək. Əgər Müasir Müsavat Partiyasının xidmətlərini dəyərləndirə bilmirlərsə, orada oturanların ağlı Əhməd Orucun ağlı ilə eyni səviyyədədir. ".
Hafiz Hacıyev Müsavat Partiyasının sədri Arif Hacılının dünənki mətbuat konfransında iqtidar-müxalifət görüşünə qatılacaqları təqdirdə hökumət üçün səsləndirdiyi şərtlərə də münasibət bildirib:
"Müsavat Partiyası artıq yoxdur. Dağılıb. Arif Hacılı gərək 20-30 il Müsavat Partiyası yolunda can qoyan insanlara hörmət etməli, onları şərləməməli idi. Bu adam öz partiyasında nizam-intizam yaratsın, sora hakimiyyətə şərt qoysun. Müsavat Partiyasında Arif Hacılıdan və qardaşlarından başqa kimsə qalmayıb".
Qeyd edək ki, bu gün saat 15:00-da Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçiriləcək.