Riqa sammiti başladı VİDEO

22-05-2015, 00:01           
Riqa sammiti başladı VİDEO
Riqada “Şərq Tərəfdaşlığı” Forumu öz işinə başlayıb. Sammitdə rəsmi Bakını prezident admistirasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov təmsil edir.

ANS TV-nin məlumatına görə, Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrin Riqa sammiti artıq bugündən etibarən öz işinə start verir. Riqada yüksək təhlükəsizlik tədbirləri görülüb. Burada tərəfdaş ölkələr – Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan rəhbərliklərin təmsilçiləri artıq Latviyanın paytaxtı Riqaya gəliblər.

Sammitdə Avropa İttifaqı və Şərq tərəfdaşları arasındakı münasibətlərdə əldə olunmuş nailiyyətlər qiymətləndiriləcək, bundan sonrakı addımlar müzakirə ediləcək. Yekun bəyanatda Krımın isğal edilməsilə bağlı bəndin yer alması Ermənistan və Belarusun etirazına səbəb olub. Bəzi məlumatlara görə, bəyanatda dəyişiklik ediləcək.

Hər iki ölkə həm də Gömrük İttifaqının üvzüdür. Azərbaycanı zirvə toplantısında xarici işlər naziri Elmar Məmmədyarov və Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov təmsil edir. Novruz Məmmədov Azərbaycan prezidentinin sammitdə istirak etməməsini qrafikinin sıxlığı ilə əlaqələndirdi.

PA rəsmisi dövlət başçısının Riqaya gəlməməsinin son günlər Avropada anti-Azərbaycan kampaniyası ilə əlaqələndirməsi fikirlərinə də münasibət açıqladı:

“Artıq ölkə başçısının bura gəlməməyinin həqiqi səbəbini söylədim. Amma hamıya məlumdur ki, dünya demokratikdir. Müəyyən hadisə haqqında hamı istədiyi şərhi verir. Ona görə də müxtəlif şərhlər ola bilər. Son həftələr Azərbaycana qarşı koordinasiya olunmuş kampaniya aparılır Avropada. Buna da Azərbaycanın cavabı olub, olacaq”.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı sammiti çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında təmaslar nəzərdə tutulmur.

Prezident Administrasiya rəhbərinin müavini bəyan etdi ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atmaq iqtidarında deyil. Rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədrlərini daha fəal olmağa çağırır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.