Yanğında üzü yanmış balaca - sən bizimsən...

22-05-2015, 16:51           
Yanğında üzü yanmış balaca - sən bizimsən...
Kiçik daş dağlarda uçquna səbəb olur. Balaca canın əzabı kütləni yandırır.
Bu balacanın simasına baxanda da onun yanan canı dişlərimin arasında sıxdığım candan daha böyük oldu mənim üçün.
O, Bakıda yanan binanın balaca sakinlərindən biridir. Nə olduğunu, niyə yandığını, nə üçün ağrılarda qovrulduğunu anlamır. Kövrəlib, dodaqları uçuqlayıb.
Gözündən süzülən yaş dərisi qopmuş üzündən aşağı gilələndikcə daha da yandırır onu.
O yaş hər birimizin qəlbinə axır.
Bu balacanın simasının qopmuş dərisi qəlbimizdəki yaraların qaysağını qoparır. Onu əzabdan, hətta adi baxışda da incidən ağrılardan qurtarmalıyıq.
Hər birimiz, hamımız, birlikdə.
Yanğında alovun qarsaladığı bu körpənin üzündəki izlərin qalmamasına çalışmalıyıq.
Hər birimizin ürəyində o dəhşətin izləri əsla silinməsə də.
Körpə balamıza diqqətlə baxın.
Vicdanımızın, insanlığımızın, şəfqətimizin simasıdır o.
O binada üzü yanmış bu körpəyə yardım etməsək, üzümüz, özümüz yanacağıq batinimizdə.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.