Ağ Ev Ukraynaya silah tədarükünün dayandırılmasının səbəbini açıqladı
Bu gün, 10:27
"Pentaqonun bütün hərbi yardımları standart şəkildə nəzərdən keçirməsi səbəbindən ABŞ Ukraynaya silah tədarükünü dayandırıb".
RBK-nın verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
Jurnalistlər Ukraynaya müəyyən növ silahların tədarükünün dayandırılması barədə qərarın şəxsən ABŞ Prezidenti Donald Tramp tərəfindən verilib-verilmədiyini soruşublar.
"Bu, ABŞ-nin təkcə Ukraynaya deyil, dünyanın bütün ölkələrinə və regionlarına verdiyi bütün hərbi yardımların standart nəzərdən keçirilməsidir", - deyə o cavab verib.
Xatırladaq ki, ABŞ Ukraynaya müəyyən növ silahların, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemi üçün raketlərin tədarükünü dayandırıb.