Əvvəllər Rusiya ilə Azərbaycan arasında gərginlik olanda ruslar bizim pomidorlardan qurd "tapırdılar". İndi vəziyyət daha gərgin olduğundan nektarindən iynə "tapıblar. Yekaterinburqda (bu şəhər indi bizə çox yaxşı tanışdır) altı yaşlı uşaq nektarinə vurulmuş iynələrdən az qala xəsarət alacaqmış. Uşağın anası nektarinin "Azərbaycan meyvələri" mağazasından alındığını deyir. Videoda qadın sözün əsl mənasında hər meyvədə “sürpriz” olduğunu nümayiş etdirir. O, ərini gözləyir ki, birlikdə satıcının yanına gedib “bunu həll etsin”... Dadash Ahmadli