Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb Bu gün, 11:15 İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb."Associated Press" xəbər verir ki, B.Netanyahu bu barədə Ağ Evdə Donald Trampla görüşü zamanı bildirib.İsrail baş naziri artıq Nobel Komitəsinə məktub göndərdiyini açıqlayıb.B.Netanyahu qeyd edib ki, D.Tramp bu mükafata layiqdir.Öz növbəsində ABŞ prezidenti Nobel sülh mükafatına namizədliyini irəli sürülməsini onun üçün yenilik olduğunu bildirib. Facebook-da paylaş