İran eksperti İsrail qırıcısının vurulması ilə bağlı iddialara qarşı od püskürdü
Bu gün, 09:28
Qatı anti-Azərbaycan açıqlamaları ilə tanınan bədnam ekspert Əliəkbər Raefipur 12 günlük müharibədə bir neçə İsrail F35 qırıcısının hədəfə alınması ilə bağlı iddialara cavab olaraq "X"-də yazıb: "Allah xatirinə yalan yaymayın Hansı F-35? Əgər möhkəm sübut varsa, bismillah, yoxsa, heç nə danışmamaq daha yaxşıdır. Bəziləri üçün medianın və inqilabçı media adamlarının reputasiyası üzərində ən kiçik oyun önəmli deyil. Onlar hazırda və hər şeydə medianın qələbəsini istəyirlər. Ukrayna təyyarəsi ilə bağlı iki günlük təhlili xatırlayırsınızmı? "Mashreq News" israilli pilotun etiraflarını yayımlayacaqlarını demədimi; nə oldu? Dedilər ki, cənab Rəisi Təbrizə gedir. Seyid Həsən Nəsrullahın şəhadət xəbərinin yalan olduğunu bildirdilər. Bəsdir!" Джавид Дамирли TEREF